Norveçdə güclü daşqın

Norveçdə güclü daşqın

17 Avqust 2011 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Norveçin cənubunda yağan şiddətli yağış Qaula çayının daşmasına səbəb olub. Cənubi Trondelaq quberniyasının Olena şəhərində onlarla insan su basmış evlərdə qalıb. Sakinlər vertolyotlarla evakuasiya edilib. Şəhərin küçələri çaya bənzəyir. Auneqrenda şəhərində isə körpünün uçması nəticəsində 50-dək adam təcrid vəziyyətinə düşüb. Meteoroloqlar bu cür daşqınların Norveçin cənubunda 10 ildən çoxdur müşahidə olunmadığını qeyd edir. Yağıntının davam edəcəyi proqnozlaşdırılıb.

Şiddətli yağış Norveçə problem yağdırdı.

Tofiq Əliyev

O.M.