Türkiyədə hərbi maşın karvanı minaya düşüb

Türkiyədə hərbi maşın karvanı minaya düşüb

17 Avqust 2011 12:40
884
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Hakkari-Çukurca avtomobil yolunda hərbi avtomobil karvanının hərəkəti zamanı partlayış baş verib. Mətbuata açıqlamasında Hakkari valisi Muammer Türker partlayış nəticəsində bir əsgərin öldüyünü, bir neçə nəfərin yaralandığını bildirib.

Yaralıların sayı barədə isə heç bir məlumat verilməyib. Hadisədən sonra bölgəyə əlavə hərbi qüvvələr dislokasiya olunub.

Son günlər PKK-nın Hakkari bölgəsində mina və bombalı hücumlarının ardınca Türkiyə Silahlı Qüvvələri əraziyə minaya qarşı qorumalı nəqliyyat vasitələri göndərib.

Tofiq Əliyev

O.M.