Türkiyədə boyaq fabrikində yanğın baş verib

Türkiyədə boyaq fabrikində yanğın baş verib

17 Avqust 2011 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Qaziantep vilayətindəki boyaq fabrikində yanğın baş verib. Yanğın nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə tüstüdən zəhərlənib. Məlumata görə, fabrikdə naməlum səbəblərlə başlamış yanğına əvvəl fəhlələr müdaxilə etsələr də, alovun qarşısını almaq mümkün olmayıb. Daha sonra hadisə yerinə yanğınsöndürmə briqadaları çağırılıb və yanğını ancaq 1.5 saatda nəzarətə götürmək mümkün olub.

Qeyd edək ki, tüstüdən zəhərlənən iki nəfər xəstəxanaya çatdırılıb, bəzi fəhlələrin itkin düşməsi barədə məlumatdan sonra isə daha 3 fəhlənin cəsədi yanğının baş verdiyi yerdə aşkarlanıb.

Boyaq fabriki al-qana boyandı.

Tofiq Əliyev

O.M.