Bu gün Biologiya müəllimliyi üzrə imtahan keçirilir

Bu gün Biologiya müəllimliyi üzrə imtahan keçirilir

17 Avqust 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saat 9.00-da başlayan imtahanlar axşam saat 18.00-dək davam edəcək. İki gün davam edəcək imtahanlar biologiya müəllimliyi ixtisası üzrədir. İmtahanlar Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir. Hər bir namizəd kompüter vasitəsilə bir saat ərzində 35 sualı cavablandıracaq və imtahan başa çatan kimi topladığı balı öyrənəcək.

Qeyd edək ki, hazırda ölkədə biologiya müəllimliyi ixtisası üzrə 166 vakant yer var. Vakant yerlərdən 10-u Bakı şəhəri, 156-sı isə digər şəhər və rayonlar üzrədir. Bu ixtisas üzrə vakant yerlərə 436 nəfər ərizə verib.

Daha sonra isə fizika, riyaziyyat, informatika, coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə imtahanlar keçiriləcək.

Həmişə müəllimlər imtahana çəkir, bu dəfə isə müəllimləri imtahana çəkəcəklər.

Tofiq Əliyev

O.M.