Xətai rayon hərbi komissarının keçmiş müavini həbs olunub

Xətai rayon hərbi komissarının keçmiş müavini həbs olunub

16 Avqust 2011 17:26
1 409
Bəyəndim (0) Bəyənmədim (0)

Respublika Hərbi Prokurorluğu Bakının Xətai Rayon Hərbi Komissarlığında yoxlamalara başlayıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, aparılan yoxlamalar zamanı komissarlıqda ciddi korrupsiya faktları aşkarlanıb. Aşkarlanmış korrupsiya faktları ilə bağlı artıq Xətai rayon hərbi komissarının müavini olmuş, bir neçə ay əvvəl təqaüdə göndərilən Davud Hüseynov saxlanılıb. Onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Aparılan yoxlamaların nəticəsi olaraq komissarlığın daha bir neçə əməkdaşının tutulacağı da istisna edilmir.

Respublika Hərbi Komissarlığından D.Hüseynovun tutulması faktını təsdiqləyiblər.

Respublikanın hərbi prokuroru Xanlar Vəliyev 2011-ci ilin birinci yarısının yekunlarına həsr olunan kollegiyada bildirib ki, bu il Respublika Hərbi Prokurorluq orqanları korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək 58 fakt üzrə cinayət işi başlayıb. Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması ilə bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində Cinayət Məcəlləsinin 311.1, 313, 341.1 maddələri ilə cinayət işləri başlanıb və istintaq davam etdirilir.

Artıq tamah baş yardı.

Tofiq Əliyev

O.M.