İsmayıllıda avtomobil aşıb, ölən və yaralananlar var

İsmayıllıda avtomobil aşıb, ölən və yaralananlar var

16 Avqust 2011 12:04
1 008
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi Mahmud Maqsudov APA-ya bildirib ki, hadisə ötən axşam saat 21:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 42-ci kilometrliyində, İsmayıllının Topçu kəndi ərazisində qeydə alınıb. Bakı şəhərinin Nizami rayon sakini, 1983-cü il təvəllüdlü Həmidov Elçin İntiqam oğlu 10-ZT-385 dövlət nömrə nişanlı "VAZ 210154" markalı minik avtomobilini yüksək sürətlə idarə edərkən döngədə idarəetməni itirib və maşını aşırıb. Hadisə nəticəsində sərnişin - 1973-cü il təvəllüdlü Behbudov Elşən Lazım oğlu dünyasını dəyişib, 1966-cı il təvəllüdlü Mahmudov Mahir Paşa oğlu, 1975-ci il təvəllüdlü Həmidov Teymur Rasim oğlu və sürücü özü müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Sürət yolu yox, ömrü qısaldır.

Tofiq Əliyev

O.M.