Somaliyə göndərilmiş yardım satışa çıxarılıb

Somaliyə göndərilmiş yardım satışa çıxarılıb

16 Avqust 2011 11:26
1 009
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Somaliyə göndərilmiş min kisələrlə ərzaq yardımı oğurlanaraq satışa çıxarılıb. Söhbət xüsusilə ABŞ və Yaponiya hökuməti tərəfindən göndərilmiş və üzərində Dünya ərzaq təşkilatının emblemləri olan ərzaq yardımından gedir. Artıq adı çəkilən təşkilat oğurluq halı ilə bağlı araşdırmalara başlamaq barədə qərar qəbul edib.

Qeyd edək ki, "Afrikanın buynuzu" adlandırılan şimal-qərbi Afrika regionunu cənginə almış quraqlıq burada yerləşən ölkələrdə humanitar faciəyə səbəb olub. Mütəxəssislərin hesablamalarına görə, Somali, Keniya, Efiopiya və Cibuti son 50 ilin ən kəskin ərzaq böhranını yaşayır. Aclıq artıq Somalinin 5 rayonunda hiss edilməkdədir və bu halın ölkənin cənubuna yayılma ehtimalı istisna olunmur. Minlərlə Somali vətəndaşı canlarını xilas etmək üçün Keniya və Efiopiyadakı çadır düşərgələrinə üz tutur. BMT-in məlumatına görə, təbii fəlakət nəticəsində hal-hazırda 12.4 milyondan çox insan kəskin ərzaq çatışmazlığından əziyyət çəkir. Təkcə Somalinin payına 3.2 milyon ac insan düşür ki, bu da adıçəkilən ölkə əhalisinin tən yarısı deməkdir. Amerikalı rəsmilərin sözlərinə görə, artıq 29 min azyaşlı uşaq ölüb. Bir çox dünya ölkələri bu ölkəyə humanitar yardım göndərməkdədir.

Keçi can hayında, qəssab piy axtarır.

Tofiq Əliyev

O.M.