Türkiyədə hərbi təlim zamanı faciə baş verib

Türkiyədə hərbi təlim zamanı faciə baş verib

16 Avqust 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə hərbi təlim zamanı minatandan atılan mərmilərdən birinin yaxın məsafəyə düşərək partlaması 15 əsgərin yaralanması ilə nəticələnib. Hadisə İzmir şəhəri Foça rayonundakı Jandarm Desant məktəbində yerli vaxtla saat 16.00-da (Bakı vaxtı ilə 18.00) baş verib. Məlumata görə, çavuşlar üçün keçirilən müxtəlif hərbi təlimlər zamanı minaatan atəşi həyata keçirilib. Atılan mərmilərdən biri uzaq məsafəyə getməyərək tribunadan təlimləri izləyən əsgərlərin qarşısında partlayıb. Hadisə nəticəsində müxtəlif xəsarət alan 15 hərbçi Foça dövlət xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti sabitdir və heç birinin həyati təhlükəsi yoxdur.

Təlimdə tər tökən döyüşdə qan tökməz.

Tofiq Əliyev

O.M.