Elektrik cərəyanı bir neçə nəfərin həyatına son qoydu

Elektrik cərəyanı bir neçə nəfərin həyatına son qoydu

15 Avqust 2011 13:05
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Salyanın Kürqaraqaşlı kənd sakini 17 yaşlı Adil Quliyev yaş əllə su mühərrikini işə salmağa cəhd edərkən cərəyan vurması nəticəsində yerindəcə keçinib.

Xatırladaq ki, bundan əvvəl Salyan rayonunda 3 nəfəri elektrik enerjisi vurmuşdu. 45 yaşlı Zemfira Hacıbala qızı Ağayevaya məxsus yaşayış evinin həyətinə elektrik naqili qırılıb düşüb. Qohumlarının sözlərinə görə, ilk olaraq 7 yaşlı Əli Bəhruz oğlu Ağayev elektrik naqilinə toxunub. Sonra onu elektrik naqilindən ayırmağa gələn anası 32 yaşlı Sevər Yusif qızı Ağayevanı elektrik vurub. Daha sonra ata 31 yaşlı Bəhruz Əli oğlu Ağayevi elektrik cərəyanının qurbanı olub. Hər 3 şəxs elə hadisə yerində keçinib.

Bir qədər sonra hadisədən xəbər tutan qayınana Zemfira Ağayeva elektrik naqilini cərəyandan ayıra bilib.

Elektrik cərəyanı insanların bir çox işinə yarasa da, hərdən həyata son da qoyur. Odur ki, cərəyanla ehtiyatlı olun.

Tofiq Əliyev

O.M.