Qadınlar açıq-saçıq geyimlərdə yepiskopa etiraz etdilər

Qadınlar açıq-saçıq geyimlərdə yepiskopa etiraz etdilər

15 Avqust 2011 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Kosta-Rikanın paytaxtı San Xosedə yüzlərlə qadının iştirakı ilə kütləvi nümayiş keçirilib. Qadınların paytaxt küçələrinə axışmalarına səbəb Yepiskop Xose Fransisko Ulloanın KİV-dəki çağırışları olub. Belə ki, yepiskop müasir kosta-rikalı qadınların həddən ziyadə açıq-saçıq geyindiyini iddia edərək, onları "kişilərin nəfsi ilə oynamamağa" və kişilərdə şəhvət oyadacaq geyimlər geyinməməyə çağırıb.

Buna etiraz olaraq yüzlərlə qadın Yepiskopun sözlərinin əksinə ən açıq-saçıq geyimlərdə, geyim seçimi azadlığına aid müxtəlif şüarlar yazılmış plakatlarla nümayişə çıxıblar. Aksiya iştirakçılarından bir qadın isə etiraz olaraq nümayişə çılpaq şəkildə qatılıb.

Əgər qadın nəyisə istəyirsə vermək lazımdır. Əks halda özü götürəcək.

Tofiq Əliyev

O.M.