
Konsertdə "VİP qəza"
Amerikanın İndiana ştatının İndianapolis şəhərində qorxunc olay yaşanıb. "Şuqarland" adlı qrupun konserti əsnasında fırtına qopub. Qabaqcadan hava durumu haqda məlumatları olsa da, təşkilatçılar konserti təxirə salmayıblar. Nəticədə, güclü fırtınanın qarşısında dayana bilməyən səhnə VİP bölümün üstünə çöküb. Tamaşaçılar panika içərisində qaçmağa çalışarkən ölü və yaralıların sayı artıb. Hələ ki, 4 nəfərin öldüyü, ən az 43 nəfərin isə yaralandığı məlumdur.
Camaata konsert vermək istəyənlərə təbiət əsl konsert verdi.
Günel Həbib
O.M.
Digər xəbərlər