Respublikada temperatur 39 dərəcəyə çatacaq

Respublikada temperatur 39 dərəcəyə çatacaq

15 Avqust 2011 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 22-26°, gündüz 34-39° isti olacaq. Bakıda gecə 23-25°, gündüz 36-38° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 752 millimetr civə sütunundan 755 civə sütununadək yüksələcək, nisbi rütubət səhər və axşam 60-70 faiz, gündüz 45-50 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.

Temperatur gecə 20-25°, gündüz 35-39° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəyrayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperatur gecə 13-18°, gündüz 25-30° isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 20-25°, gündüz 33-38° isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmazrayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperatur gecə 18-23°, gündüz 32-37° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

hava yağmursuz keçəcək.

Temperatur gecə 21-26°, gündüz 35-40° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 23-26°, gündüz 33-38° isti, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacaq.

Havanın necə olmasından asılı olmayaraq, çalışın, sağlam qalın.

Günel Həbib

O.M.