Yaponiya günahkar axtarır

Yaponiya günahkar axtarır

12 Aprel 2011 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın Fukusima-1 atom elektrik stansiyasını işlədən TEPCO şirkəti məhkəməyə verilə bilər. Belə ki, şirkət təhlükəsizlik qaydalarına riayət etməməkdə günahlandırılır.

Hesablamalara görə, şirkət məhkəmədə məğlub olarsa, Yaponiya dövlətinə 23.6 milyard dollar təzminat vermək məcburiyyətində qalacaq.

Şirkətin hissələri bu xəbərdən sonra öz dəyərini 75% itirib. Qeyd edək ki, hökumət həm də yerli kəndlilər üçün təzminat istəyib.

Xatırladaq ki, Yaponiyanın Baş naziri Yuiko Edano hələ mart ayında jurnalistlərə açıqlama verərkən bütün məsuliyyətin TEPCO şirkətinə aid olduğunu bildirmişdi.

Burda deyiblər, vay ölənin halına. Ölən öldü, əlil olan əlil oldu. Mən hələ evsiz-eşiksiz qalanları demirəm. Vəzifə adamları isə həmişə və hər yerdə olduğu kimi faciədən pul qazanmağın yollarını axtarırlar.

Elvin Babayev

O.M.