Yeni Zelandiyaya güclü qar yağıb

Yeni Zelandiyaya güclü qar yağıb

15 Avqust 2011 10:44
889
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni Zelandiyada son 40 ildə ən güclü qar yağıb. Meteoroloqlar bunu uzun illər ərzində baş verən nadir hal kimi təsvir edirlər. Ən güclü qar Danidin, Sautlend, Otaqo, Vellinqton və Oklendi cənginə alıb. Şimal və Cənub adalarında nəqliyyatın hərəkəti iflic vəziyyətə düşüb. Yüzlərlə yol qəzası baş verib. Məktəblər, yerli aeroportlar və əsas magistrallar bağlanıb. Sakinlərə evlərini tərk etməmək tövsiyə olunsa da, 40 ildə yağan ən güclü qar onları küçələrə çıxmaqdan yayındıra bilməyib.

Bəyaz qar Yeni Zelandiyanı qara günə qoydu.

Tofiq Əliyev

O.M.