Oyun maşını nasazdır, bu oyun sayılmır!

Oyun maşını nasazdır, bu oyun sayılmır!

15 Avqust 2011 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

Avstriyanın Breqenz şəhərində qumarxanaya sevgilisi ilə gedən Behar Merlakunun şansı üzünə gülüb. O, 43 milyon avro qazanıb. Gözlərinə inanmayan Merlaku qumarxananın rəhbərliyinə müraciət etdikdə bəd xəbər alıb. Rəhbərlik qumarxanadakı oyun maşınının nasaz olduğunu səbəb gətirərək, ona pul ödəməyəcəklərini söyləyib. Mübahisə böyüyüncə, iş məhkəməyə qədər uzanıb. Tərəflər bir-birini məhkəməyə veriblər. Merlakunun vəkili Tomas Kerle maşının nasaz olmadığına dair əllərində video görüntülər olduğunu bildirərək, əlavə edib: "Müvəkkilim uduzsaydı, onun pullarını nasazlığa görə geri verəcəkdilər?"

Burda deyiblər, ayda, ildə bir namaz, onu da şeytan qoymaz.

Günel Həbib

O.M.