
Ermənilər atəşkəsi yenə də pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 14-də saat 09.20-dən 09.50-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 13.30-dan 13.40-dək və 21.45-dən 22.00-dək Ağdam rayonunun Sarıcalı və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərini, saat 23.50-dən 00.10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
"Ermənilər acgöz və tamahkardır. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və yalnız bunları özlərindən başqalarına edirlər". (Vilson, ingilis səyahətçi)
Tofiq Əliyev
O.M.