Həkimlərin növbəti imtahanlarının nəticələri açıqlanıb

Həkimlərin növbəti imtahanlarının nəticələri açıqlanıb

12 Avqust 2011 16:35
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 10-da epidemiologiya və gigiyena ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 43 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərdən 36 (83%) nəfər uğurlu nəticələr əldə edib.

Qeyd edək ki, növbəti test imtahanları avqustun 17-də ümumi cərrahiyə və anesteziologiya - reanimatologiya ixtisasları üzrə keçiriləcək.

Səhiyyə işçilərinin bilik səviyyələrinə diaqnoz qoyulacaq.

Tofiq Əliyev

O.M.