Bu gün hava yağmursuz olacaq

Bu gün hava yağmursuz olacaq

12 Avqust 2011 12:02
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Bakıda gecə 23-25, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunundan 751 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 50-55 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 15-20°, gündüz 30-35° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 10-15°, gündüz 19-24° isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 18-23°, gündüz 29-34° isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 14-19°, gündüz 24-29° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcəkdir.

Temperatur gecə 18-23°, gündüz 31-36° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 19-23°, gündüz 28-33°, dağlarda gecə 13-17°, gündüz 18-23° isti olacaq.

Tibbi-meteoroloji proqnoz: yaxın 3 gün ərzində meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün müsbət amil olsa da, temperaturun tədricən yüksəlməsi fonunda zəif küləyin üstünlüyü, bəzi saatlardan yaranan durğun və nisbətən rütubətli hava şəraiti əlverişsiz olacaq.

Arzu edirik ki, həyatınıza xoşbəxtlik yağışı yağsın.

Günel Həbib

O.M.