Dünyanın ən sürətli təyyarəsi yoxa çıxdı

Dünyanın ən sürətli təyyarəsi yoxa çıxdı

12 Avqust 2011 11:00
871
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da "Falcon HTV-2" hipersəs stratosfer bombardmançı təyyarənin ikinci sınağı da uğursuz keçib. Havaya buraxılmasından bir neçə dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib. Hazırda təyyarənin harada olması məlum deyil. Təyyarə Kaliforniya ştatında yerləşən Vandenberq aviabazasından havaya qalxıb. Raket daşıyıcı "Falcon"u müəyyənləşdirilmiş orbitə uğurlu çıxarıb, buradan isə o planlaşdırılmış məqsədə yollanmalı idi. Ancaq start veriləndən 36 dəqiqə sonra təyyarənin raketdən ayrılması zamanı aparatla əlaqə itib.

Aparat Pentaqonun sifarişi ilə hazırlanıb və yeni nəsil super silahıdır. "Falcon HTV-2" səs sürətini 20 dəfə ötərək saat 21 min km qət etmək iqtidarındadır. Əgər sınaq uğurlu alınsaydı, "Falcon HTV" qitələrarası ballistik raketi əvəz edə bilərdi.

Pentaqonun xəyalları puç oldu.

Tofiq Əliyev

O.M.