ABŞ-da təyyarələr bir-biri ilə toqquşub

ABŞ-da təyyarələr bir-biri ilə toqquşub

12 Aprel 2011 12:41
Bəyəndim (0) Bəyənmədim (0)
Çox göylə gedənin hərdən qanadı da dağılır...

Nyu-Yorkun dövlətlərarası "John. F. Kennedy" hava limanında "Air France" hava yollarına məxsus böyük sərnişin təyyarəsi "Comair " hava yollarına aid daxili səfər həyata keçirən balaca sərnişin təyyarəsi ilə toqquşub. Federal Hava Nəqliyyatı İdarəsinin nümayəndəsi Cim Peters gecə saatlarında meydana gələn qəzada yaralananların və ölənlərin olmadığını bildirib. Peters "Air France" təyyarəsinin sol qanadının dağıldığını deyib.

Çox göylə gedənin hərdən qanadı da dağılır...

Hafiz Əhmədov

O.M.