İran-Türkiyə qaz kəmərində partlayış

İran-Türkiyə qaz kəmərində partlayış

12 Avqust 2011 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

"CNN Türk"ün məlumatına görə, İrandan Türkiyənin Ərzurum vilayətinə gedən təbii qaz kəmərində naməlum səbəblərdən partlayış baş verib. Hadisə yerli vaxtla saat 23.00-da (Bakı vaxtı ilə 01.00) Ağrı vilayətinin Doğubəyazid rayonunda baş verib. Şahidlərin verdiyi məlumata görə, partlayış vaxtı yanğın baş verib və alov 60 metrədək yüksəlib. Qeyd edək ki, hadisənin baş verməsindən sonra qaz kəmərinin kranları bağlanıb və hal-hazırda boruda olan qazın qurtarması gözlənilir.

Hadisə barədə ətraflı məlumat verilməsə də, partlayışın terrorçuların hücumları nəticəsində baş verdiyi güman olunur.

Tofiq Əliyev

O.M.