Məşhur serial ulduzu Corc Sorosu məhkəməyə verib

Məşhur serial ulduzu Corc Sorosu məhkəməyə verib

12 Avqust 2011 10:03
938
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliya teleseriallarının ulduzu Adriana Fereyr milyarder Corc Sorosu məhkəməyə verib. Bir zamanlar Sorosla görüşən 28 yaşlı aktrisa Sorosdan ona ev alacağı vədinə əməl etmədiyinə görə 10 milyon dollar tələb edir. Adriana 81 yaşı tamam olacaq Sorosun ona 2 milyon dollarlıq mənzil alacağına söz verdiyini iddia edir. İddiaçı mənəvi zərər və yalana görə məhkəməyə müraciət etdiyini bildirir.

Qeyd edək ki, mart ayında Forbes jurnalı Corc Sorosun mülkiyyətinin 4.5 milyard dollar dəyəri olduğunu bildirib.

Güman ki, məhkəmə də serial kimi uzandıqca uzanacaq.

Tofiq Əliyev

O.M.