Qazaxıstandan yardımlar

Qazaxıstandan yardımlar

12 Aprel 2011 12:52
863
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan Liviya və Yaponiyaya yardım göndərib. Qazaxıstanın Xarici İşlər nazirinin mətbuat katibi Əskər Abdurrəhmanov Liviyadakı siyasi böhranın səbəb olduğu problemlərin həlli üçün BMT-də yaradılan fonda maliyyə yardımı edildiyini bildirib.

O, həmçinin Liviyada baş verən hadisələrin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin fəaliyyətini dəstəklədiklərini söyləyib.

Bundan başqa, Qazaxıstan Yaponiyada baş verən fəlakətlərlə bağlı hadisə yerinə 1 milyon dollar həcmində yardım göndərib. A. Abdurrəhmanov yardımların bundan sonra da davam edəcəyini bildirib. Mətbuat xidmətinin rəhbəri Yaponiyaya 33 ton qida məhsulları da göndərdiklərini deyib.

Xatırladaq ki, Tokio rəsmi Astanaya müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatını dirçəltmək üçün 1 milyard dollar kredit verib.

Deyəsən, Qazaxıstanın "demokratik" yolla, 93 faiz səs çoxluğu ilə seçilmiş yeni prezidenti (qeyd: o, həm də ilk və yeganə prezidentdir) dünya ictimaiyyətinin rəğbətini, Qərbin isə məhəbbətini qazanmaq istəyir.

Elvin Babayev

O.M.