Sabah paytaxtın bəzi qəsəbələrində qaz olmayacaq

Sabah paytaxtın bəzi qəsəbələrində qaz olmayacaq

11 Avqust 2011 17:16
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar sabah-avqustun 12-də saat 10:00-dan etibarən "Digah" Qazpaylayıcı Stansiyasından qidalanan "Binəqədi" və "Abşeron" kollektorlarında qaz təchizatı dayandırılacaq. Təmir müddətində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinə, Binəqədi kəndinin bir hissəsinə, eləcə də Abşeron rayonunun Digah, Məhəmmədi, Goradil, Fatmayi kəndlərinə və Fatmayi bağları adlanan yaşayış massivinə təbii qazın verilişində fasilələr yaranacaq.

Yayda təmir etməliyik ki, qışda təmin etsin.

Tofiq Əliyev

O.M.