Həmkarlar Təşkilatının icazəsi olmadan işdənçıxarılma qadağan edilib

Həmkarlar Təşkilatının icazəsi olmadan işdənçıxarılma qadağan edilib

11 Avqust 2011 16:47
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda işçilərin Həmkarlar Təşkilatının rəyi olmadan işdən çıxarılması qadağan edilib. Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov bildirib ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliklərə əsasən, işdən çıxarılma ilə bağlı qərar mütləq həmin müəssisələrdəki həmkarlar təşkilatları ilə razılaşdırılmalıdır. "Biz bu maddənin köməyi ilə haqsız işdən azad olunanları işdə saxlaya bilərik. Nəticədə, ixtisara düşənlər çox az olar", deyə A. Dadaşov qeyd edib.

Tofiq Əliyev

O.M.