Sinoptiklər xəbərdarlıq edirlər: həssaslar, diqqətli olun!

Sinoptiklər xəbərdarlıq edirlər: həssaslar, diqqətli olun!

11 Avqust 2011 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan sinoptikləri yaxın 3 gündə hava şəraitinin meteohəssas insanlar üçün əlverişsiz olacağı barədə xəbərdarlıq edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, yaxın 3 gün ərzində meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün müsbət amil olsa da, temperaturların tədricən yüksəlməsi fonunda zəif küləklərin üstünlüyü, bəzi saatlarda yaranan durğun və nisbətən rütubətli hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 12-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25, gündüz 32-36 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-34, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə təşkil edəcək.

Çalışın, sağlam qalın.

Günel Həbib

O.M.