Kənan M.M. və Almaz Ələsgərlinin ortaq işindən kim narazı qalıb?

Kənan M.M. və Almaz Ələsgərlinin ortaq işindən kim narazı qalıb?

11 Avqust 2011 11:50
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni mövsümdə yeniliklə görüşə hazırlaşanlar arasında əməkdar artist Almaz Ələsgərli də var. Ötən ili şəxsi işləri ilə əlaqədar qalmaqallara düşən bu müğənni artıq yaradıcılığına daha çox üstünlük vermək qərarına gəlib. Belə ki, payız fəslinin ilk günlərindən etibarən "Ağla" adlı lirik mahnısına çəkdirdiyi klipini tamaşaçıların ixtiyarına buraxacaq. Klipi Kənan M.M. ərsəyə gətirib. "Onun işlərinə böyük marağım var deyə, məhz Kənana müraciət etdim. Bundan başqa, Kənan istedadlı rejissordur", - deyən Almaz xanım daha bir neçə kliplərini də nümayiş etdirmək fikrindədir.

Maraqlısı budur ki, bu işbirliyindən narazı qalan tərəf məhz rejissor olub. Əldə etdiyimiz məlumata görə, Kənan M.M. xeyir əldə etmədiyi üçün gördüyü işdən narazı qalıb.

Bir sözlə, nəinki Kənan, eləcə də bir çox klipmeykerlər müğənnilərin xəsisliyindən, müğənnilərsə pulsuzluqdan şikayətlənməkdədirlər. Səbəb iqtisadi böhranın yaratdığı kasıbçılıqmı, yoxsa artıq camaatın yuxudan oyanmasıdır...?

Könül Aypara

O.M.