Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

12 Aprel 2011 12:25
992
Bəyəndim (0) Bəyənmədim (0)


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Aprelin 13-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 11-14 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Aprelin 13-də
şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək, bəzi yerlərdə güclü olacaq.
Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.