Suriyada məscidin minarələri dağıdılıb

Suriyada məscidin minarələri dağıdılıb

11 Avqust 2011 10:10
893
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyada hökumət qoşunları və üsyançılar arasında gedən qanlı döyüşlər zamanı Deyr-Əz-Zour yaşayış məntəqəsində yerləşən məscidin minarəsi uçub. Özlərini "Uqarit Nyuz" kimi təqdim edən qrupun etdiyi bu həvəskar çəkilişdə ardıcıl iri çaplı güllə atəşindən sonra məscidin qədimi minarəsinin üst hissəsinin tamamilə dağıldığı açıq-aşkar görünür. Həyatına təhlükə olmasın deyə adını gizli saxlayan şahid minarənin dağıdılmasında hökumət qoşunlarını günahkar bilib. O, bunu Bəşir Əsədin qoşunlarının hərəkət edən hər şeyi atəşə tutması ilə izah edib.

Allahın evini atəşə tutanları Allah özü cəzalandıracaq.

Tofiq Əliyev

O.M.