“Kamaz” hasara çırpıldı

“Kamaz” hasara çırpıldı

10 Avqust 2011 16:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Xətai rayonunda "Kamaz" markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı hasara çırpılıb. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobilin sürücüsü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər.

Heç də belə hadisələr həmişə itkisiz ötüşmür. Odur ki, yollarda ehtiyatlı olun.

Tofiq Əliyev

O.M.