Bakıda avtobuslar toqquşub: 1 nəfər ölüb, 9 nəfər yaralanıb - FOTO YENİLƏNDİ

Bakıda avtobuslar toqquşub: 1 nəfər ölüb, 9 nəfər yaralanıb - FOTO YENİLƏNDİ

8 Aprel 2016 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyi bu gün Bakıda baş vermiş avtobus qəzasında xəsarət alanların sayını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən KİV-ə xəbərə görə, qəza nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanaya, 2 nəfəri isə Travmatologiya İnstitutuna yerləşdirilib.

Nazirlikdən onu da qeyd ediblər ki, qəza nəticəsində 60 yaşlı qadın dünyasını dəyişib.

___________

11:10

Şahidlərin apa-ya verdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzinin qarşısında qeydə alınıb.

103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Nizami Rayon Polis İdarəsində qəza zamanı ölən piyada olub. Qəza anında o, yolu keçirmiş. Ölənin kimliyi hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, qəza zamanı 10 nəfər yaralanıb.

Mediainfo.az