Qulu Məhərrəmlinin vəsatəti təmin edildi

Qulu Məhərrəmlinin vəsatəti təmin edildi

7 Aprel 2016 17:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Nəsimi rayon Məhkəməsində AZTV-sədri Arif Alışanovun jurnalist, professor Qulu Məhərrəmliyə qarşı 100 min manatlıq iddiasına baxılıb. Q.Məhərrəmlinin vəkili Nicat Gözəlov vəsatət qaldırıb ki, müdafiə etdiyi şəxs barəsində Yasamal rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayət var. Vəkilin məhkəmədən istədiyi o idi ki, Yasamal rayon Məhkəməsinin qərarından sonra bu işə baxılsın. Məhkəmə vəsatəti təmin edib. Və növbəti proses aprelin 25-nə kimi təxirə salınıb.

Qeyd edək ki, Q.Məhərrəmli fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra AZTV-sədri Arif Alışanovla mübahisələri yaranıb. Bundan sonra Alışanov şərəf və ləyaqətinin təhqir olunduğunu bildirirərək Qulu Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanovun ərizəsində həmin pulu Körpələr Evinə verəcəyini bildirib.

Onu da xüsusi olaraq bildirək ki, proses açıq olsa da hakim Etibar Hümbətov jurnalistlərin məhkəməyə daxil olmasına icazə verməyib.

Mediainfo.az