Həkimlər epidemiologiya və gigiyena ixtisasları üzrə imtahan veriblər

Həkimlər epidemiologiya və gigiyena ixtisasları üzrə imtahan veriblər

10 Avqust 2011 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Səhiyyə Nazirliyi (SN) tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi çərçivəsində növbəti imtahanlar keçirilib. Həkimlər epidemiologiya və gigiyena ixtisasları üzrə imtahan veriblər.

Qeyd edək ki, sertifikasiyaya dair test imtahanlarına 2011-ci ilin yanvar ayında start verilib. Sertifikasiya prosesinin birinci mərhələsində tibb mütəxəssislərinin hər biri ixtisaslarına uyğun test imtahanlarında iştirak edirlər. Birinci mərhələdən müvəffəqiyyətlə keçən tibb mütəxəssisləri ikinci mərhələyə - müsahibəyə dəvət olunurlar. Test imtahanları Səhiyyə Nazirliyinin Respublika Elmi-Tibbi Kitabxanasının binasında keçirilir.

Həkimlərin biliklərinə diaqnoz qoyulacaq.

Tofiq Əliyev

O.M.