İcra hakimiyyəti 700 balla ali məktəbə daxil olan şəhidin adına ehsan süfrəsi açıb

İcra hakimiyyəti 700 balla ali məktəbə daxil olan şəhidin adına ehsan süfrəsi açıb

7 Aprel 2016 11:36
386

Xətai rayon İcra Hakimiyyəti Tərtər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidin adına Məhəmməd Hadi küçəsində yerləşən mərasim zalında ("Həzi Aslanov" metrostansiyasının çıxışında) ehsan süfrəsi açıb.

Bu barədə Musavat.com-a həmin ərazidə yaşayan reportyorumuz xəbər verib.

Əməkdaşımızın sözlərinə görə, ehsan süfrəsi Zəngilan rayonundan məcburi köçkün olan, bu rayonun ərazisində yaşayan Müşviq Orucovun xatirəsi üçün təşkil edilib.

Qeyd edək ki, Müşviq Orucov vaxtilə universitetə 700 bal toplayaraq daxil olan gənc mütəxəssidir. O, təhsilini başa vurduqdan sonra hərbi xidmət keçirdi.

Reportyorumuz bildirir ki, belə bir istedadlı gəncin vəxtsız ölümü rayon sakinlərini hüznə batırıb və onlar mərhumun ailəsinə başsağlığı vermək üçün mərasim zalına gəlirlər.

Mediainfo.az