Xədicə İsmayıl və İlqar Məmmədov aprelin sonu sərbəst buraxılacaqlar

Xədicə İsmayıl və İlqar Məmmədov aprelin sonu sərbəst buraxılacaqlar

7 Aprel 2016 00:10
Bəyəndim (0) Bəyənmədim (0)

Novruz bayramı ərəfəsində hakimiyyətin əfv fərmanı verərək, bir qrup siyasi məhbusu azadlığa buraxdı. Hakimiyyət dairələri daha çox məhbusun azadlığa buraxılması üçün addımlar atılacağı da artıq məlumdur.

Məlumatlarda vurğulanır ki, Qərblə aparılan danışıqlardan sonra xeyli yenilik etmək istəyən Azərbaycan iqtidarı bu ayın sonuna qədər bəzi addımlar atmağı qərarlaşıdırıb. Rəsmi Bakının qarşıdakı planına əsasən may ayının sonuna qədər siyasi məhbus problemini birdəfəlik həll edəcək. Belə ki, aprelin sonuna qədər REAL sədri İlqar Məmmədov və "Azadlıq" Radiosunun əməkdaşı, jurnalist Xədicə İsmayılın həbsdən azadlığa buraxılacağı gözlənilir.

Məlumatlarda vurğulanır ki, Xədicə İsmayıl və İlqar Məmmədovla yanaşı, daha bir neçə siyasi məhbus da aprelin sonuna qədər azadlığa çıxarılacaqlar. Digərləri isə mayın sonuna qədər azad ediləcəyi gözlənilir. (politika)

Mediainfo.az