Türkiyədə azərbaycanlı qadınları fahişəliyə məcbur edən şəxs yaxalandı - FOTOLAR

Türkiyədə azərbaycanlı qadınları fahişəliyə məcbur edən şəxs yaxalandı - FOTOLAR

7 Aprel 2016 01:10
383

Adana polisi Azərbaycan və Qırğızıstanda iqtisadi çətinliyə düşən qadınları iş vədi ilə Türkiyəyə gətirib zorla fahişəlik etdirən 2-si əcnəbi əsilli qadın olmaqla 8 nəfəri saxlayıb. Daha 3 qadın isə azad edilib. Seyhan rayonunda 2 əmlak şirkətinin bəzi işçilərinin əllərində olan mənzilləri gündəlik və saatlıq kimi fahişəlik şəbəkəsinə icarəyə götürdüklərini müəyyən edən polis əməliyyata başlayıb.

Polisin təqib etdiyi azərbaycanlı 42 yaşlı Habbat B. və 35 yaşlı qırğızıstanlı Aysu B.nin iş tapmaq vədi ilə öz ölkələrindən Türkiyəyə çağırdıqları qadınların pasportlarına əl qoyduqları və zorla fahişəlik etdiklərini aydın olub.

Əmlak şirkəti əməkdaşlarının da şəbəkənin tələyə saldığı qadınlara əllərindəki mənzilləri gündəlik və saatlıq kimi icarəyə verib yer təmin etdiklərini ortaya çıxaran polis 2 aylıq araşdırmanı tamamlayaraq hərəkətə keçib. Müştəri görünüşündəki polislər fahişəlik şəbəkəsi ilə əlaqə qurub. Əcnəbi əsilli qadınlarla birlikdə olmaq istədiklərini deyən polislər 3 qadın üçün 800 lirəyə müqavilə bağlayıb. Görüşmə nöqtəsi olaraq bildirilən evə gedən dəstələr 30 yaşlı azərbaycanlı R.O. , 38 yaşlı M.H. və qırğızıstanlı 27 yaşlı Z.T.yi xilas edib. Qadınlarla ticarət edən Habbat B. və Aysu B. ilə fahişəlik şəbəkəsi liderləri Ali T. Yaqub Ö., Şadı K., Çingiz D., taksici Ömər A. və Nurcan V.yi də nəzarətə alınıb.

Fahişəlik bataqlığına həmyerlisi Habbat B. üzündən düşdüyünü bildirən azərbaycanlı R.O. deyib: "Habbat ilə sosial media üzərindən tanış olduq. 2 uşağıma baxmağa məhkum idim. Məni Türkiyəyə dəvət etdi, iş tapacağını söylədi. Mən də gəldim, pasportuma əl qoydular. Əvvəl zorla, sonra da öz istəyimlə fahişəlik etməyə başladım".

Zorla fahişəliyə məcbur edildiklərini irəli sürən 3 qadın deportasiya edilmək üçün Miqrasiya İdarəsinə təhvil verilib.

Nəzarətə alınan 8 şübhəli isə insan alveri etmək, mənfəət məqsədli fahişəlik şəbəkəsi yaratmaq və fahişəlik üçün yer təmin etmək cinayətlərinə məhkəməyə verilib. (modern)

Mediainfo.az