ANS-in apellyasiya şikayəti təmin edilmədi

ANS-in apellyasiya şikayəti təmin edilmədi

6 Aprel 2016 14:41
298

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasının (MTRŞ) iddiası əsasında Səbail Rayon Məhkəməsinin çıxardığı qərardan verdiyi apellyasiya şikayətinə baxılıb.

MTRŞ-nin hüquqlarını məhkəmədə müdafiə edən vəkil Toğrul Mirzəzadənin verdiyi məlumata görə, məhkəmə Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə ANS radio və reklam qanunvericiliyini pozduğu üçün cərimələnib. ANS həmin qərardan apellyasiya şikayəti verib.

Mediainfo.az