Rusiya özünün Milli Qvardiyasını yaradır

Rusiya özünün Milli Qvardiyasını yaradır

6 Aprel 2016 00:42
264

Rusiyada Milli Qvardiya yaradılacaq.

APA-nın məlumatına görə, bunu Rusiya prezident Vladimir Putin bəyan edib.

Onun sözlərinə görə, Daxili Qoşunların bazasında yaradılacaq Milli Qvardiya terrorçuluğa, mütəşəkkil cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparacaq və Daxili İşlər Nazirliyinə tabe olacaq.

V. Putin Narkotiklərə Qarşı Federal Xidmət və Federal Miqrasiya Xidmətinin də Rusiya Daxili İşlər Nazirliyinin tərkibinə verildiyini bildirib.

Mediainfo.az