Bu günün havasından xəbəriniz olsun

Bu günün havasından xəbəriniz olsun

10 Avqust 2011 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Günün ikinci yarısı dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bakıda gecə 20-22 , gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperatur gecə 16-21°, gündüz 27-32° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Temperatur gecə 10-15°, gündüz 15-20° isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperatur gecə 17-22°, gündüz 25-30° isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli güclü olacağı ehtimalı var.

Temperatur gecə 12-17°, gündüz 19-24° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Temperatur gecə 18-23°, gündüz 26-31° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli güclü olacağı ehtimalı var.

Temperatur gecə 19-23°, gündüz 26-31°, dağlarda gecə 13-17°, gündüz 20-24° isti olacaq.

Qoy günün havası heç vaxt çöhrənizdəki gülüşü əskik etməsin.

Günel Həbib

O.M.