"Performance Center"nin əməkdaşı qəza törətdi: özü və ailəsi yaralandı

"Performance Center"nin əməkdaşı qəza törətdi: özü və ailəsi yaralandı

6 Aprel 2016 00:27
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, H.Əliyev prospekti 109-un qarşısında Bakı şəhər sakini 52 yaşlı İbrahim Qədimov sürdüyü "Chevrolet" markalı avtomobilin idarəetməsini itirərək maşını işıq dirəyinə vurub.

Hadisə nəticəsində İ.Qədimov özü, arvadı - 47 yaşlı Aidə Zeynalova və oğlu - 12 yaşlı İsmayıl müxtəlif bədən xəsarətləri alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, qəzaya uğrayan "Chevrolet" markalı avtomobil "Performance Center" şirkətinə məxsusdur. (qafqazinfo)

Mediainfo.az