Abel Məhərrəmovun oğlu İspaniyanın səfiri oldu

Abel Məhərrəmovun oğlu İspaniyanın səfiri oldu

5 Aprel 2016 20:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın İspaniya Krallığında yeni səfiri təyin olunub.

Prezident İlham Əliyev Anar Abel oğlu Məhərrəmovun Azərbaycanın İspaniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə A. Məhərrəmova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Qeyd edək ki, A. Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun oğludur.

Mediainfo.az