Çilidə polislə tələbələr arasında toqquşma olub

Çilidə polislə tələbələr arasında toqquşma olub

10 Avqust 2011 12:36
Bəyəndim (0) Bəyənmədim (0)
Aksiyada 60,000 insan iştirak edib

Çilinin paytaxtı Santyaqoda on minlərlə gənc etiraz aksiyası keçirib. Polis aksiyanı yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. "Oxumeni.az " "aljazeera.com"a istinadən xəbər verir ki, on minlərlə müəllim, tələbə, valideyn və digər aktivistlər mühafizəkar hökumətin yeni islahatlar keçirməsi tələbi ilə yürüş edib.

Etirazçılar prezident sarayının yaxınlığında əllərindəki dəyənək və çubuqlarla küçə işıqlarını və şüşələri sındırıb, maşınları yandırıblar. Polisin məlumatına görə, 60,000 insan yürüşdə iştirak edib. Aksiya iştirakçıları "Müzakirə vaxtı yox, mübarizə vaxtıdır" şüarı ilə öz etirazlarını bildiriblər.

Qeyd edək Çilidə tələbələr etiraz aksiyalarına 3 ay əvvəl başlayıblar. Keçən həftə isə aksiyalarda 900 adam həbs edilmiş, 90 polis xəsarət almışdı.

Müzakirə vaxtı yox, mübarizə vaxtıdır.

Tofiq Əliyev

O.M.