Ermənilər Tərtərə mina atdı, 16 yaşlı qız öldü

Ermənilər Tərtərə mina atdı, 16 yaşlı qız öldü

5 Aprel 2016 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənilərin yaşayış məntəqələrini artilleriya zərbələri ilə atəşə tutması nəticəsində 16 yaşlı qız həlak olub.

Bu barədə KİV-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, hadisə bu gün səhər saatlarında Tərtər rayonunun Həsənqaya kəndində baş verib. Ermənilərin ağır artilleriyadan atəşi nəticəsində kənddə eüvlərdən birinə mərmi düşüb. Hadisə nəticəsində evdə olan Kəlbəcər rayonundan olan məcburi köçkün , 2000-ci təvəllüdlü Həsənova Turanə Kamandar qızı həlak olub.

Kəlbəcər rayonundan məcburi köçkün olan Həsənovlar ailəsi Həsənqaya kəndində məskunlaşıb.

Mediainfo.az