Əsgərlərə yardım kampaniyaı başlandı

Əsgərlərə yardım kampaniyaı başlandı

5 Aprel 2016 13:25
Bəyəndim (0) Bəyənmədim (0)

Onlara siqaret, isti corab, üzqırxan kimi əşyalar göndəriləcək

Tanınmış bloqqer Mehman Hüseynov maraqlı kampaniyaya başlayıb. Musavat.com xəbər verir ki, sosial şəbəkədə paylaşdığı statusda bloqqer bu barədə elan verib. Elan aşağıdakı kimidir: "Əsgərlərimiz üçün! Səhər tezdən açılan kimi artıq məhəllə-məhəllə gəzib cəbhə xəttində olan əsgərlərə göndərilən sovqatları yığırıq. Ən möhtəşəmi odur ki, vətəndaşlarımız bu təşəbbüsə canla-başla yanaşırlar! Var olasınız!"

M.Hüseynov yazıb ki, bu gün saat 13:00-dan 15:00-dək hamını şəhərin mərkəzində gözləyəcəklər: "Artıq yük maşını tapmışıq, bütün əşyaları, göndərilən payları yığıb çıxacağıq cəbhə bölgəsinə. Kimin evdən, işdən çıxmağa imkanı yoxdursa, amma əsgərlərimizə pay göndərmək istəyirsə, mütləq desinlər, özümüz gələrik sizin qapınıza! Həmçinin cəbhədə qulluq edən zabitlərlə əlaqə saxladıq. Onlar bizi qarşılayıb əsgərlərə göndərilən payınızı qəbul edəcəklər. Çox xahiş edirik, nəzərə alasınız ki, əsgərlərimizin yemək problemi yoxdur! Biz, siz onlara ancaq siqaret, isti corab, üzqırxan və bu tipli əşyalar göndərə bilərik! Bu çətin, amma fəxr olunası günlərimizdə ordumuza dəstək olmalıyıq! Qələbə bizimlədir!"

Mediainfo.az