Füzulidə evinə top mərmisi düşən dinc sakin yaralanıb

Füzulidə evinə top mərmisi düşən dinc sakin yaralanıb

5 Aprel 2016 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı bölmələrinin dinc sakinlərin yaşadığı əraziləri atəşə tutması nəticəsində daha bir nəfər yaralanıb.

Hadisə Füzuli rayonunun Alxanlı kəndində qeydə alınıb. Ermənilərin atdığı top mərmilərindən biri 30 yaşlı Elvin Rəhimov yaşadığı evin həyətinə düşüb. Nəticədə ev sahibi xəsarət alıb. Füzuli rayon Diaqnostika Mərkəzindən apa-ya verilən xəbərə görə, E. Rəhimov sağ dizindən qəlpə yarası alıb, həmçinin, ayağında sınıqlar var.

Mediainfo.az