Neft buruqlarından xam neft oğurlayan şəxs həbs edilib

Neft buruqlarından xam neft oğurlayan şəxs həbs edilib

10 Avqust 2011 10:58
1 028
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda neft buruqlarından xam neft oğurlayan şəxs həbs edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumatda bildirilir ki, avqustun 6-da saat 23.00 radələrində Balaxanı qəsəbə sakini Telman Məlikov özünə məxsus "Kamaz" markalı yük maşını ilə Ramanı qəsəbəsi ərazisində yerləşən Balaxanı Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft buruqlarının saxlanc quyusundan 5 - 6 ton xam neft oğurlayarkən Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölməsinin əməkdaşları tərəfindən tutularaq ərazi üzrə 12-ci Polis Bölməsinə təhvil verilib.

Qara qızıl oğurlayanın qara günləri başladı.

Tofiq Əliyev

O.M.