Moskvada etiraz aksiyaları keçirilib

Moskvada etiraz aksiyaları keçirilib

10 Avqust 2011 10:50
1 085
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada taksi sürücüləri aksiya keçiriblər. Sürücülər sentyabrın 1-də qüvvəyə minəcək yeni qanuna etirazını bildiriblər. Aksiyaya 200-dək taksi sürücüsü qatılıb.

Onlar apreldə Rusiya Dövlət Dumasında təsdiqlənən yeni qanunun 1.5 milyonadək insanın işsiz qalmasına səbəb olacağını deyiblər və onun ləğvinə çağırıblar. Etirazçılar Rusiyada taksi sürücülərinin heç bir hüquqlarının olmadığını bildiriblər və onların işini qeyri-qanuni miqrantların tam ələ keçirəcəyini xəbərdarlıq ediblər. Onlar əsasən iki tələb irəli sürüblər-birincisi avtomobilə deyil, sürücüyə lisenziya verilməsi, ikincisi isə yeni taksilər almaq üçün sürücülərə dövlət kreditlərinin ayrılmasından ibarətdir.

Qeyd edək ki, yeni qanuna əsasən taksi sürücüləri avtomobillərini standart rəngə boyamalı və onu "taksi" işarəsi ilə idarə etməli, sayğac qoyulmalı, sərnişinlərə qəbz verməli və ən azı 5 ilədək sürücülük təcrübəsinə malik olmalıdır.

Hamı bir nəfər üçün, bir nəfər hamı üçün olmalıdır.

Tofiq Əliyev

O.M.