Gürcü idmançı Zaza Nadiradze: “Ermənilərə belə lazımdır”

Gürcü idmançı Zaza Nadiradze: “Ermənilərə belə lazımdır”

4 Aprel 2016 16:44
355

Gürcüstanın ən güclü avarçəkəni, 23 yaşadək kanoeçilər arasında dünya çempionatının bürünc mükafatçısı Zaza Nadiradze Dağlıq Qarabağda qoşunların təmas xəttində gərginliyin başlamasından Mingəçevirdə təlim-məşq toplanışında olduğu vaxt xəbər tutub.

Gənc idmançı report.az-a açıqlamasında Azərbaycan tərəfinin münaqişədə haqlı tərəf olduğunu bildirib. O deyib ki, Dağlıq Qarabağın tarixçəsindən məlumatlıdır: "Müharibə başlayıb? Bu, yaxşı xəbər deyil. Qoşunlarınız erməniləri geri çəkilməyə məcbur edibsə, deməli, onlara belə lazımdır. Əlbəttə, bu münaqişədən xəbərdaram. Bir gürcüstanlı kimi tarixçəsini bilirəm. Bizi öyrədiblər. Bilirik ki, Qarabağ sizin ərazi, sizin torpağınızdır".

Bununla belə, Z.Nadiradze Ermənistanın Rusiya tərəfindən dəstəsləndiyini də əlavə edib: "Erməninin "krışa"sı var. Bu, Rusiya Federasiyası adlanır. Rusiya Qarabağda müharibə başlada bilər. Müharibə nəticəsində torpağınızı aldıqdan sonra deyəcəklər ki, ermənilər bizim dostlarımızdır, nəyə görə onları öldürürsünüz? Sonra da Gürcüstanda olduğu kimi, öz qoşunlarını münaqişəyə cəlb edəcəklər. Biz də Tsxinvalidə öz torpaqlarımıza daxil olmuşduq. Ruslar isə "Hara girirsiniz, bunlar bizim dostlarımızdır" dedilər. Beləliklə, Gürcüstanla Rusiya arasında müharibə başladı".

Mediainfo.az