Şimali Koreyada güclü daşqın

Şimali Koreyada güclü daşqın

10 Avqust 2011 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Koreyada güclü tropik qasırğa və daşqın nəticəsində azı 10 nəfər ölüb. Xəsarət alanların olduğu bildirilir. Tropik Muifa qasırğası nəticəsində evlər dağılıb, əkin sahələri və infrastruktura ziyan dəyib. Sinhunq qraflığında çay daşaraq körpünü və dəmiryolu xəttini yuyub. 2400 akr əkin sahəsi məhv olub, 100-dən çox ev və 10 ictimai binaya ziyan dəyib. Bəzi ərazilərdə elektrik enerjisi də kəsilib. Küləyin sürəti saatda 83 kilometrə çatıb.

Apardı sellər Koreyanı.

Tofiq Əliyev

O.M.