BMT-dən yeni prezidentə müraciət

BMT-dən yeni prezidentə müraciət

12 Aprel 2011 11:27
966
Bəyəndim (0) Bəyənmədim (0)
Filin xortumu uzun olur axı...

Frans Press-in məlumatına görə, BMT Baş katibi Pan Qi Mun Fil dişi Sahilinin prezidentinə xüsusi müraciət ünvanlayıb. O, Alassan Uattaraya kütləvi repressiyalardan və devrilmiş prezidentin tərəfdarlarına qarşı qisas siyasətindən istifadə etməməyi tövsiyə edib. Bunu ölkədə yarana biləcək yeni vətəndaş müharibəsi ehtimalı ilə izah edib.

Xatırladaq ki, 2000-ci ildən vəzifədə olan 66 yaşlı eks prezident Qbaqo dünən ailəsi ilə birlikdə yaxalanaraq həbsə alınıb.

Fil dişi Sahilində əsas "fil" dəyişdi. Bu proses çox ağrılı oldu. Xeyli qan töküldü. Yəqin BMT rəhbəri filin xortumunun uzun olmağından ehtiyat edir...

Natiq Qocaman

O.M.